Gömrükdə saxlanılan qızıllar oğurluq olub? - TƏFƏRRÜAT

Ötən gün gömrük əməkdaşları Bakı-Moskva aviareysilə gedən Rusiya vətəndaşının üzərindən külli miqdarda zərgərlik məmulatları aşkarlamışdı. Mingəçevir sakini həmin zinət əşyalarının bəzilərinin ona məxsus olduğunu iddia edib. Bildirib ki, bir qadın onun oğlunun başına pis hadisə gələcəyini deyərək aldadıb, pulunu və qızıllarını alaraq aradan çıxıb.
Aldadılaraq əlindən alınan qızıllarını xəbərlərdə görərək tanıyıb. Mingəçevir sakini iddia edir ki, ötən gün aeroprtda saxlanılan qadının üzərindən aşkar edilən zinət əşyalarının bəzisi ona məxsusdur. Tünzalə Mustafayeva bildirir ki, həmin qadın onu aldadaraq oğluna zərər gələcəyini deyib və pulunu, qızıllarını aparıb. Belə ki, ötən ilin noyabr ayında təxminən 40-45 yaşlarında olan qadın zərərçəkənin evinə gələrək Gəncə şəhərində yaşadığını və hər kəsin etibar etdiyi bir şəxs olduğunu bildirib. Fırıldaqçı Mingəçevir sakininə övladının üzərində ağırlıq olduğunu, ona zərər gələcəyini bildirib. Bundan azad olmaq üçün isə Tünzalə Mustafayevadan 55 manat nəğd pul alıb. Ancaq ağırlığı götürmək üçün əlavə qiymətli şeylər istəyib.
Qiymətli əşyaları götürəndən sonra isə qadın Tünzalə Musayevaya övladının üstündən ağırlıqları götürüb saat yarım ərzində qayıdacağını deyib. Ancaq verdiyi bu əmələ vəd etməyərək aradan çıxıb. Fırıldaqçı qadının toruna düşən Tünzalə Mustafeyava aradan xeyli vaxt keçəndən sonra xəbərlərdə oğurlanan sırğaların ona məxsus olduğunu gördüyünü deyir. Qadın iddia edir ki, həmin kadrlarda göstərilən kəpənək formalı qızıllar ona ona aiddir.
Xeyli ziyana düşən Mingəçevir sakini hər kəsi diqqətli olmağa və belə fırıldaqçılara aldanmamağa çağırıb.
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO








