Goranboyda 1265 kq narkotik məhv edilib

Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə,kultivasiya yolu ilə yetişdirilən, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində “Xaş-Xaş 2019” kompleks tədbirlər planına uyğun olaraq əməliyyat tədbirlərini davam etdirir. DİN-in Mətbuat Xidmətinin Gəncə Regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayon Mənəşli kəndində yerləşən otlaq sahədən, ümumi çəkisi 1265 kiloqram olan 3793 ədəd yabanı halda bitən narkotik xassəli çətənə kolları aşkar olunub. Həmin çətənə kolları polis əməkdaşları tərəfindən yığılaraq yandırılma yolu ilə məhv edilib. Faktla bağlı başlanan təhqiqat araşdırmaları davam etdirilir. Qeyd edək ki, yabanı halda bitən narkotik xassəli bitkilərə qarşı mübarizənin daha da genişləndirilməsi, həmin kolların ayrı-ayrı cinayətkar ünsürlərin əlinə keçməsinin qarşısını vaxtında alınması və yerinin müəyyən edilərək məhv edilməsində polis əməkdaşlarına paytaxt, eləcə də bölgələrdə yaşayan vətəndaşlar da yaxından köməklik göstərməlidirlər. Yabanı şəkildə bitən narkotik tərkibli kolların yeri haqqında məlumatı olan şəxslər bu barədə yaxınlıqdakı polis orqanlarına və ya DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.
Namiq
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA












