Goranboyda narkomaniyaya qarşı maarifləndirici görüş keçirilib - FOTO

Goranboy rayonunun Yeni Yol kənd orta məktəbində “Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına zərərli təsirləri” mövzusunda görüş keçirilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a məlumat verilib.
Goranboy rayon Polis şöbəsinin rəisi, polis polkovniki Ramin Qədirov çıxışında belə maarifləndirici tədbirlərin əhəmiyyətindən söz açıb. O qeyd edib ki, bu gün bəşəriyyəti düşündürən, rahatsız edən ən ağrılı problemlərdən biri, cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniyadır: "Əlbəttə, başqa dövlətlərlə müqayisədə respublikamızda narkomaniya o qədər də dəhşətli şəkil almayıb. Ancaq yaddan çıxarmaq olmaz ki, narkomanlıq yoluxucu xəstəlikdir. HİV virusuna, QİÇS-ə aparan bir yol kimi gizli şəkildə sürətlə yayılmaq xüsusiyyətlərinə malikdir".
R.Qədirov yeniyetmə və gənclərin narkomaniyaya qurşanmasını onların təhsildən yayınmasına, ictimai həyatdan uzaqlaşmasına, ən əsası da sağlamlıqlarının zərbə altında qalmasına səbəb olduğunu deyib: "Bəzən həyətdə, küçədə, məktəbdə, işdə hətta bir narkomanın olması ətrafdakılara fəlakətli təsir göstərir. Gənclərin narkotik vasitələr haqqında yetərli informasiyaya malik olmaması, onun təhlükəsini başa düşməməsi, lazımi dərəcədə qiymətləndirilməməsi nəticə etibarilə ömürlük asıllıq yaradır. Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin mühüm bir hissəsi bütövlükdə cəmiyyətin, hər bir vətəndaşın, ictimai qurumların, kütləvi informasiya vasitələrinin, mədəni-maarif müəssisələrinin üzərinə düşür".
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"












