Goranboyda oğurluqla məşğul olan şəxslər saxlanılıb

Goranboy rayonunda oğurluq edən şəxslər saxlanılıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, rayonun Nərimanlı kənd sakinləri polis şöbəsinə müraciət edərək, onlara məxsus torpaq sahələrinin birindəki subartezian quyusunu elektrik enerjisi ilə təmin edən naqillərin bir hissəsinin kəsilərək oğurlandığını bildiriblər.
Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini Mahir Əliyev saxlanılıb. Daha sonra onun həmin gün şəhər ərazisində digər bir torpaq sahəsindən də analoji oğurluq etməsi müəyyənləşib. Digər oğurluq hadisəsi yük avtomobilindən edilib.
Rayonun Quşçular kənd sakini S.Quliyev özünə məxsus "Sachman" markalı yük avtomobilinin ehtiyat hissələrinin naməlum şəxs və yaxud da şəxslər tərəfindən oğurlandığını bildirib. Bu istiqamətdə keçirilən axtarış tədbirləri nəticəsində oğurluqda həmçinin şübhəli bilinən Gəncə şəhər sakinləri T.Həsənov və R.Hüseynov saxlanılıb. Oğurlanmış ehtiyat hissələrinin bir hissəsi maddi sübut kimi götürülüb.
Hər iki faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












