“Görüşün əsas məqsədi Zəngəzur dəhlizinin aqibəti ola bilər” – Siyasi şərhçidən AÇIQLAMA - FOTO

Avqustun 8-də ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ayrı-ayrılıqda görüşlər keçirəcək. Görüşlərin Vaşinqtonda, Ağ Evdə baş tutacağı gözlənilir.
Diplomatik mənbələr bu görüşlərin əsas məqsədinin tərəflər arasında gərginliyin azaldılması və sülh gündəliyinin irəlilədilməsi olduğunu bildirirlər. Hazırkı mərhələdə regionda dayanıqlı sabitliyin təmin olunması üçün Bakı və İrəvan arasında birbaşa təmasların intensivləşdirilməsi vacib sayılır.
ABŞ-ın vasitəçiliyi ilə keçiriləcək görüşlərdən sonra hansısa irəliləyişin əldə olunacağı, yaxud tərəflərin sülh sazişi ilə bağlı yekun razılığa gəlib-gəlməyəcəyi məsələsi isə hələlik açıq qalır.
Bəs görəsən, bu dəfə sülh müqaviləsinin imzalanması mümkündürmü?

Mövzu ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli Avtosfer.az-a açıqlamasında bildirib ki, bütün proseslər göstərir ki, bilavasitə sülh sazişini imzalamaq ABŞ-ın əsas niyyətidir:
“Sazişin imzalanmasına qədər Əbu-Dabi görüşü də göstərdi ki, formatın davam etdirilməsinə ehtiyac var. Amma yekun marşrutun müəyyən olunmasında problem var.
Yəni, hər halda Əbu-Dabidə də müəyyən qədər ABŞ dəstəkləyici tərəf olub. İndi, böyük ehtimalla bu görüşdən sülh müqaviləsindən daha çox niyyət protokollarının imzalanması və sülh müqaviləsinin bağlanmasına yönəlik öhdəliklərin müəyyən olunması gözlənilir. Buradan sürprizlər gözləyə bilərik, xüsusilə də başlıca əsas məsələ olan Zəngəzur dəhlizinin aqibəti ilə bağlı.

Bəlkə də Türkiyənin təklif etdiyi variant hansı ki, üçtərəfli kommersiya şirkəti prosesi həyata keçirsin. Bu, artıq başqa bir məsələdən xəbər verir”.
Eltac Züflüqaroğlu
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü keçirilir - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO












