Göyçayda böyük qovaq ağacı magistral yola aşıb - FOTO

Gecə saatlarında əsən güclü küləyin təsiri nəticəsində böyük qovaq ağacı qırılaraq Göyçay-Ucar yoluna (2-ci km) aşıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, ağacın gövdəsi iri olduğundan yolun əsas hissəsinə düşüb və təxminən 1 saat nəqliyyatın hərəkətinə mane olub. Əraziyə dərhal DYP əməkdaşları cəlb edilib. Ağacın yoldan təmizlənməsi işinə rayon ərazisində yanğın hadisəsindən qayıdan FHN əməkdaşları köməklik edib. Ağacın iri budaqları və gövdəsi kəsilərək ərazidən çıxarılıb. Əraziyə yaxın olan Potu kənd nümayəndəliyindən bildirilib ki, həmin vaxtlarda rayonda təxminən yarım saat ərzində güclü küləklə müşahidə olunan burulğan olub. Elə ağacın aşmasına səbəb kimi də bu göstərilir. Bundan başqa isə hələ ki, heç bir tələfat qeydə alınmayıb.
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…




















