Güclü külək Bakıda fəsadlar törədib - VİDEO

Dünən gecədən paytaxtda əsməyə başlayan güclü külək bir sira fəsadlar törədib. Avtosfer.az məlumatına görə, külək ilk olaraq Bakı Dairəvi-1 avtomobil yolunda 10 metr hündürlüyündə T tipli məlumatverici lövhəni aşırıb. Hadisə nəticəsində Yeni Yasamal yaşayış massivinə gedən yolda, həmçinin Bakı Dairəvi-1 avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkətində maneə yaranıb. Çox keçməyib ki, aşan lövhə ərazidən kənarlaşdırılıb.
Küləyin fəsadı təkcə yol nişanı ilə bitməyib. Paytaxtın mərkəzi hissələrində gecə bir neçə ağac da qırılıb. Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədovun sözlərinə görə, külək bir cinar ağacını kökündən çıxarıb, daha 21 çinar, qarağac, qovaq və sərv ağaclarının isə budaqlarını sındırıb.
Bakı Şəhər İcra Hakimiyyəti güclü küləklə bağlı paytaxt sakinlərinə, xüsusilə sürücülərə xəbərdarlıq edib. Şöbə rəisi Orxan Məmmədov xüsusən avtomobilləri iri gövdəli ağacların altında saxlamamağı tövsiyə edir.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bu gün axşam saatlarından güclü şimal-qərb küləyinin əsəcəyi ilə bağlı məlumat yayıb.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










