Güclü külək Gürcüstanda fəsadlar törədib

Fevralın 16-da axşamdan başlayan güclü külək, çovğun və qasırğa Gürcüstanda ciddi fəsadlar törədib. Güclü külək nəticəsində Tbilisinin bəzi rayonlarında ağaclar aşıb, elektrik xətləri qırılıb. Ən çox ziyan ölkənin bölgələrində qeydə alınıb. Çovğun və qasırğa səbəbindən Gürcüstanın beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil magistralının Qudauri-Kobi hissəsi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.
Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə ölkənin Regional İnkişaf və İnfrastruktur Nazirliyinin avtomobil yolları departamenti məlumat yayıb. Məlumatda bildirilib ki, ölkədə əz uzun kanat yolunun olduğu Qudauri istirahət mərkəzi də əlverişsiz hava şəraiti ilə əlaqədar bağlanıb. Ölkənin qərb hissəsində beynəlxalq əhəmiyyətli avtomagistralın bir neçə hissəsində avtomobillərin hərəkəti tam qadağan edilib, bəzi hissələrdə isə məhdudiyyətlər tətbiq olunub. Sinoptiklərin proqnozuna görə, əlverişsiz hava şəraiti fevralın 20-dək davam edəcək.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










