Güclü külək Mingəçevirdə ciddi fəsadlar törədib

Küləkli hava şəraiti Mingəçevirdə bəzi fəsadlara səbəb olub. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, yağışla müşayiət olunan külək zamanı ağaclardan biri Vəli Hüseynov küçəsinə düşüb. Avtomobil və piyadaların hərəkətinə müvəqqəti əngəl yaradan ağac həm də yaxınlıqdakı obyektlərdən birinə məxsus kiçikdiametrli qaz xəttini zədələyib. Digər ərazilərdə də azmiqyaslı oxşar təbiət hadisəsi müşahidə olunub. Hava şəraiti bəzi küçələrdə açılmalara və elektrik enerjisinin verilişində fasilələrə səbəb olub, 20 Yanvar küçəsində fasilə daha uzun vaxt alıb. Bu zaman həmin ərazinin kəsişmələrində, xüsusilə də N.Nərimanov küçəsi ilə təmas hissədə nəqliyyatın hərəkətini tənzimləyən işıqforlar sönüb. Külək səngidikdən sonra şəhər təsərrüfatında qeydə alınan problemlər aradan qaldırılıb.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











