Güclü külək nəticəsində paytaxtda fəsadlar baş verib - AÇIQLAMA

Dünəndən başlayan güclü külək nəticəsində paytaxt ərazilərində bu günə kimi 18-ə yaxın müxtəlif ünvanlarda fəsadlar baş verib. Avtosfer.az xəbər verir ki, bunu News24.az-a açıqlamasında Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib. Onun sözlərinə görə, birliyin əməkdaşları fəsadlarla bağlı gücləndirilmiş iş rejimində çalışır: “Dünəndən bu günə kimi yalnız bir neçə ünvanda ağaclar aşıb. Digər ünvanlarda isə ağacların budaqları qırılıb. Hazırda işçilərimiz ərazilərdə gücləndirilmiş iş rejimində çalışırlar. Aşan ağacların götürülməsi, küləyin təsirindən əyilərək qəzalı vəziyyətə düşmüş ağacların qeydiyyatı və problemlərin aradan qaldırılması işləri görülür. Bu proses külək dayanana kimi davam edəcək”.
Orxan Məmmədov qeyd edib ki, küləyin təsiri nəticəsində ən ciddi fəsad Nərimanov rayonunda baş verib: “Rayon ərazisində sağlam normal inkişafda olan bir sərvi ağac iki maşının üzərinə düşüb. Hər iki maşın ciddi zərər görüb. Eyni zamanda, bizə aidiyyatı olmayan şəxsi həyətin içərisində aşan ağac dam örtüyünü zədələyib”.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












