Güclü külək nəticəsində xəsarət alan vəzifəli şəxs ölüb - FOTO

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində ötən gün güclü küləyin binalardan birinin dam örtüyünü uçurması nəticəsində xəsarət alan şəxslərdən biri ölüb.
Avtosfer.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, 53 yaşlı kişinin qapalı kəllə-beyin travması, döş qəfəsi nahiyəsindəki daxili orqanlarında çoxsaylı zədələri olub.
Həmin şəxs Batumi Meriyasının Xidmətlər İdarəsinin rəhbəri olub və xidməti vəzifəsini yerinə yetirərkən ciddi xəsarət alıb.
Xəsarət alan digər şəxs - 60 yaşlı kişi əməliyyat olunandan sonra Batumi Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini sabit ağır qiymətləndirirlər.
Qasırğalı külək Batumidə bir neçə ağacı aşırıb və bulvarda ciddi fəsadlar törədib. Sahil zonasında təmizlik işləri başa çatdırılıb. Hazırda güclü küləyin sürətinin azalması müşahidə olunur.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO














