Güclü küləklə əlaqədar sakinlərə və sürücülərə XƏBƏRDARLIQ

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxtda müşahidə olunan güclü küləklə əlaqədar sakinlərə və sürücülərə xəbərdarlıq edib. Avtosfer.az xəbər verir ki, BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib ki, güclü küləyin müşahidə edilməsi, bununla bərabər ağacların hazırda inkişaf etmə mərhələsində olması onların aşma təhlükəsini artırır. Belə külək hətta sağlam ağacları da aşıra bilər:
"İndi ağaclar inkişaf etmə mərhələsində olduqlarından onların aşma təhlükəsi əvvəlki aylara nisbətən daha çoxdur. Buna görə də sürücülərdən xahiş edilir ki, maşınlarını ağacların altında saxlamasınlar. Sakinlərə isə ağacların altında dayanmamaq və ehtiyatlı olmaq məsləhət görülür".
Qeyd edək ki, bu gün Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti hökm sürür.
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












