Güclü qar iki nəfərin ölümünə, 10 nəfərin itkin düşməsinə səbəb olub

Hindistanın Cammu və Kəşmir bölgəsində son günlər yağan şiddətli qarın yaratdığı fəsadlar iki nəfərin ölümünə və 10 nəfərin itkin düşməsinə səbəb olub. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, ölənlər qar uçqunu altında qalan ər-arvaddır. Onların uşaqları isə xilas ediliblər. İtkin düşənlər isə polislər, yanğın və təcili yardım xidmətinin əməkdaşlarıdırlar. Qarlı hava şəraiti və çətin relyef axtarış işlərini ləngidir.
Güclü qar bəzi yaşayış məntəqələri ilə əlaqənin kəsilməsinə, avtomobil yollarında hərəkətin dayanmasına səbəb olub. Həmin məntəqələrdə yaşayan yüzlərlə sakin çətin vəziyyətə düşüb, elektrik və su təchizatında fasilələr yaranıb. Bölgədə 100-dən çox ailə qar uçqunu təhlükəsi ilə əlaqədar təxliyə edilib. Hava şəraiti ilə əlaqədar fəaliyyəti tam dayanmış Srinaqar hava limanına uçmalı olan yüzlərlə sərnişin paytaxt Dehlinin aeroportunda qalıb.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










