Güclü yağış kəndləri birləşdirən yolda problemlər yaradıb - FOTO

Lənkəran rayonunda torpaq sürüşməsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, son günlərdə leysan yağışları nəticəsində 22 km-lik Hirkan-Daşdatük-Biləsər avtomobil yolunun son 6 kilometrində, xüsusilə Xanbulan, Daşdatük və Biləsər kəndlərinə aparan yolda uçqunlar olub.
Yolboyu bir neçə yerdə torpaq sürüşmələri və çökmələr səbəbindən asfalt qatı dağılıb. Yolun bir hissəsinin çökməsi ilə 1,5 metr enində və 10-15 metr uzunluğunda yarğanlar yaranıb. Yolun yuxarı hissəsindən torpaq kütləsi aşağı doğru sürüşərək qoruyucu baryerləri sıradan çıxarıb. Yol yatağında da çökmələr var.
Bundan başqa, dağ massivindən aşağı axan sel suları, əsasən, yolun su ötürücülərinin keçdiyi hissədə dağıntılar yaradıb.
Artıq yolun bərpası istiqamətində tədbirlərin görülməsi məqsədilə texnikalar əraziyə gətirilib. Uçqunların olduğu yerlərdə xəbərdarlıq işarələri qoyulub. Təmir-bərpa işləri hava şəraiti sabitləşəndən sonra aparılacaq.
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
















