Günəş küləyinin sürəti ekstrimal səviyyəyə çatıb - Maqnit qasırğaları gözlənilir

Günəş küləyinin günün əvvəlindən qeydə alınan sürəti 750 km/saatı ötüb ki, bu isə ekstrimal göstərici hesab olunur.
Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyasının mətbuat xidməti məlumat yayıb.
Lakin laboratoriyanın tədqiqatçılarına görə, bu hadisə Yer üzərində ciddi nəticələrə səbəb olmayıb, çünki günəş küləyinin sürəti artsa da, onun maqnit sahəsinin enerjisi kəskin şəkildə azalıb və bu da maqnitosferə təzyiqi zəiflədib.
Bunun fonunda səhər saatlarında Yer üzərində yeni G1 (zəif) səviyyəli maqnit qasırğası qeydə alınıb. O, geomaqnit aktivliyindəki qısa fasilədən sonra Bakı vaxtı ilə 04:00–07:00 aralığında baş verib.
Alimlərin qeyd etdiyinə görə, planet dəyişmiş planetlərarası mühit
parametrləri ilə qeyri-sabit tarazlığa çatıb. Əvvəllər qeydə alınmış G3 səviyyəli daha güclü pozuntulardan fərqli olaraq, bu dəfə Yerin maqnit sahəsinin reaksiyası zəif olub.
Yaxın iki-üç gün ərzində mövcud vəziyyətin davam edəcəyi – ayrı-ayrı zəif və orta güclü qasırğaların sakit dövrlərlə əvəzlənəcəyi gözlənilir.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












