Gürcüstan dəmir yolları ilə konteyner daşımalarının həcmi rekord həddə çatıb

Bu ilin birinci rübündə Gürcüstanın dəmir yolları ilə 2,5 mln. ton yük daşınıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” SC məlumat yayıb. Ötən ilin eyni dövrü ilə müqayisədə yük daşımalarının həcmi 105 min ton artıb. Buna səbəb quru yük və konteyner daşımalarının əhəmiyyətli dərəcədə artmasıdır.
Hesabat dövründə qonşu ölkənin dəmir yolları ilə 1,48 mln. ton quru yük (+9%) və 18 min konteyner (+31%) daşınıb. Daşınan konteynerlərin həcmi tarixi maksimuma çatıb. 2017-ci ilin I rübündə dəmir yolları ilə 7 min, 2018-ci ilin I rübündə isə 13 min konteyner daşınıb. Konteyner daşımalarının artmasını tranzit daşımalarının çoxalması şərtləndirib.
Yanvar-mart aylarında Gürcüstan konteyner daşımalarından 2 mln. 339 min dollar gəlir əldə edib ki, bu da illik müqayisədə 566 min dollar çoxdur.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












