“Gürcüstan hava yolları”: Rusiyaya uçuşlar davam etdirilir

Rusiyaya uçuşlar qrafikə uyğun olaraq normal qaydada davam etdirilir. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Gürcüstan hava yolları” aviaşirkətinin yaydığı məlumatda bildirilib. Milli aviadaşıyıcı Gürcüstana səfər etmək istəyən sərnişinlərə müraciət edib: “Sizi turizm mövsümündə Gürcüstana səfər etməyə dəvət edirik. “Gürcüstan hava yolları” sizin təhlükəsiz və rahat birbaşa uçuşlarınızı təmin edəcək”.
Qeyd edək ki, ötən gün Rusiya Prezidenti V.Putin yerli aviaşirkətlərə iyulun 8-dən etibarən Gürcüstana uçuşlar həyata keçirməyi qadağan edən qərar qəbul edib. “Gürcüstan hava yolları” şirkəti Tbilisidən Rusiyanın Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıe vodı, Voronej və Ufa şəhərlərinə birbaşa uçuşlar həyata keçirir. Bu şirkətlə yanaşı Gürcüstanın “My way airlines” şirkəti də Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərinə uçuşlar yerinə yetirir. Bu arada Gürcüstanın aviaşirkətlərinə Rusiyaya uçuşların dayandırlması ilə bağlı xəbərdarlığın iyunun 24-də təqdim olunacağı gözlənilir.
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA












