Gürcüstan Orta Dəhliz vasitəsilə iqtisadi əlaqələrini gücləndirmək istəyir

Gürcüstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişafına can atır.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bu gün Ankarada türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında bildirib.
“Danışıqlar zamanı H.Fidan son dərəcə mühüm layihələri - dəmir yolları, boru kəmərləri və bizim də inkişaf etdirmək niyyətində olduğumuz digər təşəbbüsləri qeyd etdi. Bu kontekstdə Gürcüstan Orta Dəhlizin inkişafına böyük əhəmiyyət verir. TBNM əməkdaşlığımız üçün yeni perspektivlər açır, ölkələrimiz arasında iqtisadi, o cümlədən nəqliyyat əlaqələrinin möhkəmlənməsinə töhfə verir. Əminəm ki, bütün bu layihələr ikitərəfli əməkdaşlığı gücləndirməklə yanaşı, regional qarşılıqlı fəaliyyətin inkişafına da töhfə verəcək”, - o bildirib.
M.Boçorişvili qeyd edib ki, Gürcüstan sülh içində əməkdaşlıq konsepsiyasını qətiyyətlə dəstəkləyir və regionda tərəfdaşlığın daha da möhkəmlənməsinə inanır.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












