“Gürcüstan yol qəzalarında ölüm hallarının sayına görə regionda liderdir”

“Gürcüstan yol-nəqliyyat hadisələrində ölüm hallarının sayına görə regionda və Avropada liderdir”. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Giorgi Qaxaria bildirib.
Onun sözlərinə görə, Gürcüstanda yalnız ötən il yol qəzalarında 459, son 10 ildə isə 6 608 nəfər ölüb, 85 946 nəfər xəsarət alıb: “Yol-nəqliyyat hadisələrinin əsas səbəbləri sürət artımı, əks istiqamətdə hərəkət, yol nişanlarının tələblərinə əməl etməmək və nəqliyyat vasitələrinin spirtli içkinin təsiri altında idarə olunması ilə bağlıdır”.
Nazir qeyd edib ki, 2019-cu ilin sonuna qədər bütün ölkə ərazisində 5 000 videokamera, həmçinin 2 100 “ağıllı kamera” quraşdırılacaq.
G.Qaxaria yol təhlükəsizliyinin təmin edilməsi üçün ictimaiyyətin bu məsələyə cəlb olunmasının əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə bir neçə gündür Tbilisi və bölgələrdə “Daha çox həyat naminə” adlı kampaniyaya başlanılıb: “Kampaniya çərçivəsində qəzalı avtomobillərdən ibarət instalyasiya və banerlər quraşdırılıb, müvafiq videoçarxlar hazırlanıb”.
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO












