Gürcüstana gedən sərnişinlərin sayının azalması ilə bağlı AÇIQLAMA

“Azərbaycan Dəmir Yolları” QSC Gürcüstanda H1N1 virusuna (donuz qripi) yoluxma hallarının yayılması ilə əlaqədar Azərbaycandan həmin ölkəyə gedən sərnişinlərin sayının azalması barədə məlumatlara münasibət bildirib. Avtosfer.az xəbər verir ki, QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Trend-ə bildirib ki, Azərbaycandan Gürcüstana gedən sərnişinlərin sayında bu ölkədə H1N1 virusunun yayılması səbəbindən azalma müşahidə olunmur: "Sərhəd-keçid məntəqəsində ölkənin müvafiq qurumları tərəfindən ciddi nəzarət tədbirləri həyata keçirilir. “Azərbaycan Dəmir Yolları” QSC-nin səhiyyə müəssisələri tərəfindən də müvafiq tədbirlər görülür. Həkim-Sanitar Xidməti tərəfindən sərnişin qatarlarında gedən sərnişinlər və vaqon bələdçiləri arasında hər gün sanitariya-maarifləndirmə işi aparırlar. Eyni zamanda, hər reysqabağı vaqonlarda dezinfeksiya işləri həyata keçirilir".
H1N1 virusunun yayılması ilə əlaqədar, Gürcüstana getmək üçün bilet alan sərnişinlərin öz biletlərini geri qaytarması barədə yayılan məlumatlara gəldikdə, S.Qədirova belə bir fakt qeydə alınmadığını bildirib.
Xatırladaq ki, Azərbaycanla sərhəd ölkə olan Gürcüstanda H1N1 virusunun yayılması, bu virusa yoluxanlar arasında ölüm halları faktı qeydə alınıb.
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO
Servissiz qalan Çin avtomobilləri - Xaos yaranır
Bakıda yol çökdü: Avtomobilin təkəri partladı - VİDEO
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO
Bakının mərkəzində yolda hərəkət niyə müşkülə çevrilib? - VİDEO
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - FOTO
Bakıda onlar ölümə doğru gedirlər…
QHT Agentliyinin dəstəyi ilə yol hərəkəti təhlükəsizliyi müzakirə olundu; təkliflər səsləndirildi - VİDEO










