Gürcüstanda beynəlxalq və yerli əhəmiyyətli yolların təmir və tikintisi üçün tender elan olunacaq

Gürcüstanda 70 kilometrədək yeni avtomobil yollarının tikintisi və 240 kilometrədək yolun təmiri və asfalt örtüyünün dəyişdirilməsi nəzərdə tutulub. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bunu Gürcüstan televiziyasına müsahibəsində ölkənin infrastruktur və regional inkişaf nazirinin müavini İrakli Karseladze söyləyib.
Onun sözlərinə görə, Dünya Bankının layihəsi əsasında artıq Kaxeti bölgəsində bəzi işlərə başlanılıb.
Nəzərdə tutulmuş plana əsasən işlər həm beynəlxalq, həm də yerli əhəmiyyətli magistral yollarda aparılacaq.
İ.Karseladze deyib ki, yolların təmir-tikintisi ilə əlaqədar tender prosedurları hazırlanır. Tenderdə qalib gələcək şirkət yolların tikintisi, təmiri ilə bağlı bütün öhdəlikləri üzərinə götürəcək və 5 il yollara xidmət göstərəcək.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










