Gürcüstanda "donuz qripi"ndən ölənlərin sayı 20-yə çatıb
Gündəm
26 Yanvar 2019 18:33
Oxunub 822

Hazırda Zuqdidi xəstəxanasında 19 pasiyent qripdən müalicə olunur
Gürcüstanın Zuqdidi şəhərində "donuz qripi" adlandırılan A (H1N1) virusundan bir nəfər ölüb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, həmin şəxs qrip simptomları ilə xəstəxanaya yerləşdirilib və ötən gün dünyasını dəyişib. Bununla da qonşu ölkədə "donuz qripi"ndən ölənlərin sayı 20 nəfərə çatıb. Hazırda Zuqdidi xəstəxanasında 19 pasiyent qripdən müalicə olunur. Onlardan 6-sı uşaqdır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













