Gürcüstanda nazirin evi qarət olunub

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulianın evi qarət olunub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Rustavi 2” kanalı məlumat yayıb. Bildirilib ki, bir neçə gün öncə naməlum şəxslər nazirin Tsxneti qəsəbəsindəki evinə daxil olaraq kifayət qədər bahalı əşyalar oğurlayıblar.
Gürcüstanın Daxili İşlər Nazirliyi G.Kobulianın evinin qarət olunması faktını nə təsdiq, nə də təkzib edib. Bununla yanaşı, nazirin qonşuları oğurluq faktı ilə bağlı dindirildiklərini bildiriblər.
Nazirin özü də yayılmış məlumatları jurnalistlərə şərh etməkdən imtina edib: “Sizin sualınıza cavab verməyəcəyəm, belə ki, bu, mənim şəxsi həyatıma aid məsələdir. Buna görə də şəxsi məsələ ilə bağlı suala cavab verməmək hüququmdan istifadə edirəm”.
“Rustavi 2” kanalının məlumatına görə, bir neçə həftə öncə Gürcüstanın parlament çoxluğunun rəhbəri Arçil Talakvadzenin də Tbilisidəki mənzili qarət olunub. Deputatın evindən nağd pul və A.Talakvadzenin adına qeydiyyata alınmış tapançanın olduğu seyf oğurlanıb. Oğurluğu törədən şəxs və ya şəxslər hələki saxlanılmayıb.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












