“Gürcüstanda yol qəzasında ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur”

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi Çavçavadze prospektində təcili tibbi yardım maşınının törətdiyi qəza nəticəsində ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Azərbaycanın Gürcüstandakı Səfirliyinin konsulluq məsələləri üzrə birinci katibi Elçin Məmmədov deyib. Onun sözlərinə görə hadisə ilə bağlı səfirlik nümayəndələri araşdırma aparıb, hadisə yerində olublar: "Şəxsən özüm hadisə yerində olub, xəsarət alanlarla görüşmüşəm. Hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib, 10 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölən və xəsarət alanlar Gürcüstan vətəndaşlarıdır. Yəni Azərbayca əsilli Gürcüstan vətəndaşlarıdır. Dünyasını dəyişən şəxs Bolnisi rayon sakinidir. Mərhumun dəfn mərasimi sabah olacaq. Yaralananlar isə Bolnisi və Marneuli rayon sakinləridir. Mətbuatda həmin şəxslərin Azərbaycan vətəndaşları olması barədə yanlış məlumat verilib. Hadisə ilə bağlı bütün məsələlər nəzarətimizdədir. Hadisə ilə bağlı Gürcüstanın Daxili İşlər Nazirliyində oldum və məsələ ilə Azərbaycan tərəfinin maraqlandığını bildirdim. Biz hadisəni törədən şəxsin qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını diqqətdə saxlayacağıq".
E.Məmmədov bildirib ki, hadisə təcili tibbi yardım avtomobilinin sürücüsünün yuxulu olması nəticəsində baş verib: "11 nəfər Azərbaycan əsilli Gürcüstan vətəndaşı bu gün səhər saat 07: 50-də işlədikləri tikinti şirkətinə daxil olarkən təcili yardım avtomobilinin sürücüsü sükan arxasında yatdığından avtomobili həmin şəxslərin üstünə sürüb. Hadisə nəticəsində 1 soydaşımız dünyasını dəyişib, 10 nəfər ağır xəsarət alıb".
Gürcüstan Daxili İşlər Nazirliyində faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO








