Gürcüstandan maşın alarkən diqqətli olun – VİDEO

Hazırda ölkəmizə Gürcüstandan çoxlu sayda avtomobil gətirilsə də, bu maşınların əksər hissəsi normalara cavab vermir. Çünki avtomobil dəllalları original detalları yeni, amma keyfiyyətsiz detallarla dəyişdirir və yaxud ümumiyyətlə funksiyaları ləğv edilir. Ona görə də sürücülər belə avtomobil alarkən diqqətli olmalıdır. Avtosfer.az xezerxeber.az-a istinadən məlumatına görə, işbazlar daha çox qazanc əldə etmək üçün avtomobillərin orginal detallarını yeni, amma saxta ehtiyyat hissələri ilə əvəz edirlər. Belə hallar əsasən Gürcüstandan alınan avtomobillərdə müşahidə edilir. Avtomobil ustası Sahil Ağabəylinin sözlərinə görə, Gürcüstandan alınan avtomobillərin əksər hissəsində 1-2 ay sürdükdən sonra problemlər müşahidə edilir. Sahil Ağabəyli bildirir ki, ən çox dəyişilən detallardan biri avtomobilin katalizatorudur bu hissə baha olduğundan onu adətən müvəqqəti effektli olan qab setkası ilə dəyişirlər. Amma dəyişilən detallar bununla yekunlaşdmır. Bir çox halda isə müştəriyə suya düşmüş və ağır qəzada iştirak edən avtomobillər təqdim edilir. Bu zaman avtomobilin interyeri yaxşı işləndiyindən bu kimi dəyişiklikləri yerində müəyyən etmək çox çətindir. Yaxşı olar ki, sürücü bütün funksiyaların işlək olduğunu yoxlasın və yoxlanış zamanı mütəxəssislərə müraciət etsin.
Süni intellekt şirkəti yanıltdı; mühəndislər işə qayıdır - AÇIQLAMA
Yerə güclü maqnit qasırğası yaxınlaşır
Azərbaycan nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırır - Dövlət başçısı
Taksi sürücülərinin sifarişi ləğv edən sərnişin qarşısında hüququ necə qorunmalıdır? - AÇIQLAMA
Bulvardakı elektrikli faytonlara qoyulan 40 manat çox yüksək məbləğdir - SOSİOLOQ
Avtomobil dünyasında yeni dövr; əyləc pedalı ləğv olunur
Taksi sifarişində qiymətlər artıb? – “Bolt”dan AÇIQLAMA - VİDEO
Dörd ölkənin əməkdaşlığı Orta Dəhlizin gələcəyini dəyişə bilər – EKSPERT
Bu yollarda sıxlıq var - SİYAHI
Serial çəkmək üçün verilən 11 milyona 5 ədəd "Rolls-Royce" aldı
Relslər əyilir, asfaltlar əriyir - Avropa istilərlə mübarizə aparır










