Gürgən və "Qoşa Qışlaq" yaşayış massivində yeni yollar çəkilir – FOTO

Bakı şəhəri və onun qəsəbələrinin yollarında vətəndaşların rahat gediş-gəlişini təmin edilməsi istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Pirallahı rayonu, Qala-Pirallahı avtomobil yolundan ayrılan Gürgən qəsəbəsinin, həmçinin Xəzər rayonu Zirə qəsəbəsinin “Qoşa Qışlaq” yaşayış massivinin yollarının yenidən qurulması işləri aparılır.
Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, 2 km uzunluğunda olan Gürgən qəsəbəsinin və 1.5 km uzunluğa malik “Qoşa Qışlaq” yaşayış massivinin yolları 3-cü texniki dərəcəyə uyğun yenidən qurulur. 7 metr hərəkət hissə, hər bir istiqamət üzrə 2.5 metr çiyinlər də daxil olmaqla yol yatağının eni 12 metr təşkil edir.
Sözügedən yollar uzun müddət əsaslı şəkildə yenidən qurulmadan istismar olunduğu və əksər hissələrinin torpaq əsaslı olduğu üçün payız-qış aylarında hərəkətdə problemlərə səbəb olurdu.
Layihə çərçivəsində bu problemlərin aradan qaldırılması üçün yollar boyu köhnə örtük, həmçinin zəruri yerlərdə əsasın və torpaq yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılıb və yeni yol yatağı inşa edilib.
Torpaq yatağının tikintisi işlərinin ardınca əsasın inşası işlərinə başlanılıb. Bunun üçün lazımi qarışıqlardan layihədə nəzərdə tutulmuş hündürlükdə yol əsasının alt və üst layı inşa edilir.
Yol əsası hazır olan hissələrə hazırda əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət iri və xırda dənəli asfalt-beton qarışıqlarından yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Asfaltlanma işləri Gügən qəsəbəsinin yollarının 14 min kv.m-lik ərazisini əhatə edir.
Layihənin sonuncu mərhələsində “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən çiyin hissələr optimal qum-çınqıl qarışığı ilə bərkidiləcək, hərəkətin normal təşkili üçün isə zəruri yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləndən sonra yol vətəndaşların istifadəsinə veriləcək.
Təmir-tikinti işləri tərtib olunmuş qrafikə uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Qeyd edək ki, Gürgən qəsəbəsinin və “Qoşa Qışlaq” yaşayış massivinin yollarının yenidən qurulması ilə sözügedən ərazilərdə yaşayan 3 mindən artıq əhalinin rahat və təhlükəsiz şəkildə hərəkəti təmin olunacaq.
Namiq
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT


















