Hacıqabulda çoban bıçaqlanıb - FOTO

Hacıqabul rayonunda mal-qara otaran çoban bıçaqlanıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindəki yataqların birində qeydə alınıb.
Belə ki, sürülərini qışlamaq üçün Hacıqabula gətirmiş Quba rayon sakini, 27 yaşlı Rəvan Qasımov heyvanları otarmaq üçün örüşə buraxıb. Bu zaman qonşu yataqda tanıdığı şəxs itlərini onun itlərinin üstünə buraxıb. Özü də “Niva” markalı avtomobillə gələrək onun itlərini döyməyə başlayıb. Rəvan Qasımovun dediyinə görə, o, “İtləri niyə döyürsən?” soruşduqda həmin şəxs bıçaqla onun kürək nahiyəsindən vurub.
Kürək nahiyəsindən bıçaq yarası alan R.Qasımov Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, əməliyyat olunaraq Cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, vəziyyəti orta-ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"











