Hacıqabulda oğru tutulub – VİDEO

Oğurluqda şübhəli bilinərək saxlanılan Hacıqabul sakinindən narkotik vasitələr aşkar edilib.
Avtosfer.az-ın ONA-ya istinadən xəbərinə görə, martın 4-də Hacıqabul rayonunun Rəncbər kəndində yaşayan vətəndaşa məxsus evdən 3 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Hacıqabul şəhər sakini, 1992-ci il təvəllüdlü Əkbərov Famil Aslan oğlu saxlanılıb. Məlum olub ki, F.Əkbərov yaşayış evinə pəncərədən daxil olaraq oradan ümumi dəyəri 3 min manat olan 1ədəd qızıl saat, 3 ədəd qızıl boyunbağ, 2 ədəd qızıl bilərzik və digər qızıl əşyaları oğurlayıb.
Saxlanılaraq polis şöbəsinə gətirilən F.Əkbərovun üzərinə baxış keçirilərkən gödəkcəsinin cibindən kibrit qutusunda marixuana və 7 ədəd 50 ml-lıq tramadol preparatı aşkar edilərək götürülüb. Polis tərəfindən saxlanılana qədər F.Əkbərov oğurluq yolu ilə əldə etdiyi qızıl-zinət əşyaların bir hissəsini satmağa müvəffəq olub.
Faktla bağlı Hacıqabul polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












