Hakimin oğlunu avtomobillə vurub öldürən şəxsin şikayəti təmin edilməyib

Ali Məhkəmədə Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Rəhim Kərimovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, R.Kərimovun kassasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, hadisə 2016-cı il may ayının 11-də saat 03:00 radələrində Nəsimi rayonunun Bülbül prospektində baş verib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Kərimov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan prokuror apellyasiya protesti, təqsirləndirilən şəxs isə apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi prokurorun apellyasiya protesti və təqsirləndirilən şəxsin isə apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb. Daha sonra R.Kərimov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












