“Halal” nişanlı kolbasada donuz ətinin olduğunu vətəndaş İFŞA ETDİ - VİDEO

Marketlərdən birində satışda olan “Ovuçular” firmasının “Oxotniçyi” kolbasası ilə bağlı narazılıq yaranıb.
Avtosfer.az xəbər verir ki, məhsulu alan vətəndaş bildirib ki, qablaşdırmanın üzərində “halal” nişanı olsa da tərkib siyahısında donuz əti və donuz piyinin qeyd edilməsi onu təəccübləndirib.
Alıcının sözlərinə görə, məhsulun etiketində mal əti, toyuq əti ilə yanaşı donuz əti və donuz piyinin də adı göstərilib. Bu isə halal işarəsi ilə satışa çıxarılan məhsulun uyğunluğu ilə bağlı sual yaradıb. Vətəndaş məsələni istehzalı şəkildə şərh edərək “yəqin bu, halal kəsilmiş donuz ətidir” ifadəsini işlədib.
Qida təhlükəsizliyi sahəsində mütəxəssislər bildirirlər ki, halal nişanı olan məhsulların tərkibi ilə bağlı hər hansı uyğunsuzluq ciddi araşdırılmalıdır.
Hadisə istehlakçılar arasında məhsul etiketlərinin daha diqqətlə oxunmasının vacibliyini bir daha gündəmə gətirib.
Eltac Zülfüqaroğlu
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO












