Hamilə qadının ölümünə səbəb olan həkim kassasiya şikayəti verib

Doğuş zamanı səhlənkarlığa yol verməkdə təqsirləndirilən Qobustan Rayon Mərkəzi Xəstəxanasının Doğuş şöbəsinin müdiri vəzifəsində işləmiş Kifayət Rzayeva barəsində olan hökmdən kassasiya şikayəti verib.
Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, Ali Məhkəməyə müraciət edən K.Rzayeva barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Ali Məhkəmədə keçiriləcək iclas aprelin 2-nə təyin edilib.
Kassasiya şikayəti hakim Fərhad Kərimovun icraatına verilib.
İttiham aktına əsasən, K.Rzayeva 2017-ci ilin oktyabr ayının 17-də Qobustan Rayon Mərkəzi Xəstəxanasına daxil olmuş, 1988-ci il təvəllüdlü, iki uşaq anası olmuş Zümrüd Günəşovanı Doğuş şöbəsinə qəbul edib. Daha sonra zəruri laborator analizlərin aparılmasını təmin etməyib. O, hamilə və hamiləliyin gedişi haqqında düzgün, həmçinin daha informativ məlumat toplamadan Z.Günəşovanın doğuşunun təbii yolla idarə olunmasını həyata keçirib.
Bu səbəbdən dünyaya uşaq gətirən Z.Günəşova həmin gün xəstəxanada vəfat edib.
K.Rzayevaya qarşı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Qobustan Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan K.Rzayeva apellyasiya şikayəti verib, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Sumqayıt Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












