Hava almağa gedib, silah tapan şəxs – VİDEO

Salyan sakinindən narkotik maddə və odlu silah aşkar edilərək götürülüb. Avtosfer.az ARB TV-yə istinadən xəbər verir ki, Salyan rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan şəhər sakini 41 yaşlı Mais Əliyev saxlanılıb.
Polis şöbəsində onun üzərinə şəxsi baxış keçirilərkən iki ədəd, sellofan bükümlərdə, ümumi çəkisi 5,144 qram heroin götürülüb. Əvvəllər də bir neçə dəfə məhkumluq həyatı yaşamış Mais Əliyevin cinayət əməli bununla yekunlaşmayıb.
Rza Məmmədov - RPŞ-nin müstəntiqi: "Mais Əliyevin yaşadığı evdə aparılan axtarış zamanı yataq otağında, sandıqçanın içərisindən sellofana bükülmüş 1 ədəd qundağı kəsilmiş odlu silah və ona məxsus 14 ədəd patron və darağı aşkar edilərək götürülüb".
Mais Əliyev - Saxlanılan şəxs: "Təmiz hava almaq üçün Kürün qırağına getdim. Bükülü sellofan gördüm, açdım içərisində patronlar, silah vardı. Gətirdim evə, evdəkilər bilmirdi, gizlətmişdim".
Faktla bağlı araşdırma aparılır.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












