Hava şəraiti ilə əlaqədar 1700-dən çox neftçi təxliyyə ediləcək

“Yanvarın 17-də hava şəraitinin kəskin pisləşəcəyi proqnozu ilə əlaqədar olaraq, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə təhlükəsizlik tədbirləri maksimum dərəcədə gücləndirilib, istehsalatda qəzaların baş verməməsi üçün növbədə qalması zəruri olan işçilərdən başqa bütün əməkdaşlar təxliyyə edilir”.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə SOCAR-dan bildirilib.
Qeyd edilib ki, hava və dəniz nəqliyyatları vasitəsi ilə, ümumilikdə, 1700-dən çox neftçinin sahilə çıxarılması üçün aparılan tədbirlər artıq sona çatdırılır. "Hava şəraitinin kəskin pisləşməsi ilə bağlı bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində işlər maksimum dərəcədə dayandırılıb, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında göstərişlər verilib, zəruri sahələrdə növbətçilik təşkil olunub. Mümkün fövqəladə vəziyyətlə əlaqədar digər təşkilat və qurumlarla mütəmadi əlaqələr saxlanılır, mövcud vəziyyət daimi nəzarət altındadır. Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-in yanğından mühafizə gəmiləri tərəfindən növbətçilik həyata keçirilir", - məlumatda qeyd edilib.
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB










