Havanın temperaturu 48 dərəcəyə çatıb

Hindistanın paytaxtı Dehlidə havanın temperaturu iyunun 10-da günortadan sonra rekord həddə - 48 dərəcəyə çatıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Hindistan Meteorologiya Departamenti məlumat yayıb. Bildirilir ki, bu göstərici paytaxt ətrafındakı Palam yaşayış məntəqəsində qeydə alınıb. Havanın belə yüksək həddə çatmasına quru külək də təsir göstərib. Departamentin hava proqnozları üzrə məsul işçisi Kuldip Srivastava PTI agentliyinə müsahibəsində deyib ki, quru və isti küləyin hakim olduğu bu cür isti hava növbəti günlərdə cənub-qərb küləklərinin təsiri ilə bir neçə dərəcə sərinləyəcək. Departament şəhər əhalisini istidən qorunmaq üçün xəbərdar edib.
Xatırladaq ki, Dehlidə havanın yüksək temperaturu ilə bağlı əvvəlki rekord göstərici (47,8 C) 2014-cü il iyunun 9-da yenə Palamda qeydə alınmışdı.
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS












