Həbs olunmuş dünya çempionuna atmaca: Orada şeir yazarsan – VİDEO

Arvadını döydüyü üçün həbs edilən budo döyüş idman növü üzrə dünya çempionu Anar Süleymanov azadlığa buraxılması üçün apellyasiya şikayəti verib.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, onun şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımov baxıb və Nərimanov rayon məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.
Beləliklə, A.Süleymanovun fevralın 13-dən hesablanan 20 günlük həbs cəzası olduğu kimi qalıb. Prosesdən sonra A.Süleymanov məhkəmə önündə dostları ilə görüşüb video çəkdirib. Hətta kikboksçu, əməkdar məşqçi və əməkdar idman ustası olan Fuad Zeynalov ona zarafatla həbsxanada şeirlərini yazmaqda davam etməyini söyləyib.
Qeyd edək ki, 2016-cı ildən kikboksinq üzrə qadın millimizin baş məşqçisi olan Anar Süleymanov öz yetirməsi olan Şamama Bayramova ilə ötən ilin avqustunda ailə həyatı qurub. Lakin bu nikah çox davam etməyib. Evə içkili vəziyyətdə gələn Süleymanov ilə Bayramova arasında tez-tez dava düşürmüş. Bu üzdən tərəflər boşanmağa qərar verib.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










