Həbs qoyulan avtomobil başqasının adına keçirilib

Azərbaycanda məhkəmə tərəfindən həbs qoyulan avtomobil qanunsuz olaraq başqasının adına qeydiyyatdan keçirilib. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a müraciət edən Bakı şəhər sakini, Anar Şahbazov deyib. O bildirib ki, ötən il ona olan 51 min manat (30 min dollar) borcun qaytarılması üçün tanışı Arzu Əliyarovun şəxsi mülkü olan avtomobilinə həbs qoyulsa da, sonradan qanunsuzluqlar meydana çıxıb. Belə ki, avtomobilin satışı vasitəsilə A.Əliyarovun A.Şahbazova olan borcunun ödənilməsi üçün məhkəmə qərar çıxarıb: “Borcun ödənilməsi üçün Nərimanov rayon Məhkəməsi, Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən qərar çıxarılıb. Qərardan sonra icra mənə borcu olan Arzu Əliyarovun 10 BZ 090 dövlət qeydiyyat nişanlı “Lexus” markalı avtomobilinə həbs qoyaraq satışa çıxardı və avtomobilin satışından əldə olunan gəlirlə mənim borcumun qaytarılmasının təmin edilməsi üçün göstəriş verildi. Amma avtomobilə həbs qoyulduğu üçün onun başqasına satılması əngələ çevrilir, çünki maşını kiminsə adına keçirmək mümkün olmur. Əliyarov barəsində isə dələduzluq maddəsi ilə cinayət işi açılıb”.
Şikayətçinin sözlərinə görə, həbs qoyulan avtomobil Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) "Meyvəli” terminalına yaxın ərazidə fəaliyyət göstərən qeydiyyat-imtahan şöbəsinin əməkdaşı Afiyəddin Leysanov tərəfindən qanunsuz olaraq başqasının adına qeydiyyatdan keçirilib: “Müxtəlif üsullarla həmin avtomobilin satışı həyata keçirilib. A.Leysanov avtomobili başqasının adına qeydiyyatdan keçirib. Bununla da, avtomobil mənə borcu olan A.Əliyarovun şəxsi mülkləri siyahısından çıxarılıb. Mən bundan sonra A. Leyasnovun qəbulunda oldum, amma o, özünü xəstəliyə vurub təzyiqinin qalxdığını bildirdi. Buna baxmayaraq avtomobili başqasının adına qeydiyyatdan keçirdiyini təsdiqlədi. Mənə də problemimin yoluna qoyulacağını bildirdi. Amma məhkəmə tərəfindən 2018-ci ilin martında verilən qərar hələ də icra olunmayıb”.
O, bununla bağlı müvafiq qurumlara müraciət etdiyini bildirib.
DİN Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytetantı Rüfət Quliyev “Report”a bildirib ki, vətəndaş Anar Şahbazov bununla bağlı Qaradağ rayon Polis İdarəsinə müraciət edib. Hazırda müraciətlə əlaqədar olaraq araşdırma aparılır.
Bakı nəqliyyatında inteqrasiya olunmuş mobillik sistemi genişlənir
Hava limanına da qatarla gedə biləcəyik - AÇIQLAMA
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb - FOTO - VİDEO
Əlli faiz artım narazılıq YARATDI – Taksiçilər çətin vəziyyətdə
Azərbaycandan digər istiqamətlərə qatar reysləri bərpa ediləcək? - VACİB AÇIQLAMA
Bakı sakinlərinə ŞAD XƏBƏR: Tıxac problemi həll olunur
Tbilisiyə lüks vaqonda getmək istəyənlər 180 AZN ödəyəcək - Bütün qiymətlər açıqlandı - FOTO
Bakının infrastrukturu belə tədbirlərin təşkilatçılığına imkan yaradır – Braziliyalı MÜTƏXƏSSİS - FOTO
Foruma gələn çinli turist Bakıda yaşamaq istəyir - FOTO
Əlçatan və yaşanabilən mənzil siyasəti bütün ölkələrin gündəmi olmalıdır – Nigeriyalı turist - FOTO
Azərbaycan mediası forumda peşəkarlıq nümunəsi göstərir – Azər Ayxan - FOTO








