Həbsxanada evlənən ömürlük məhbusun müraciəti rədd olunub

Ali Məhkəmədə oğurluqda təqsirləndirilən Sergey Strelyayevin barəsində olan məhkəmə hökmündən kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpası ilə bağlı müraciətə baxılıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpası rədd edilib.
Qeyd edək ki, S.Strelyayev 1997-ci ildə iki qonşusunu qətlə yetirib və ömürlük həbs cəzasına məhkum olunub. O, növbəti instansiya məhkəmələrinə müraciət etməyib. Buna görə müddətin bərpası üçün Ali Məhkəməyə üz tutub. O, ömürlük azadlıqdan məhrumetmə cəzasının 20 ilə endirilməsini və ya işinə yenidən baxılmasını istəyib.
Xatırladaq ki, şair olan S.Strelyayev həbsxanada bir neçə kitab yazıb. O, 2013-cü ildə isə həbsxanada Lüdmila Oleynikova ilə evlənib. S.Strelyayev L.Oleynikova ilə 2011-ci ildə öz kitabının təqdimatı zamanı tanış olub. Sonra məktublaşıblar və telefonla danışıblar. Qadın onun ziyarətinə gəlməyə başlayıb. Daha sonra S.Strelyayev L.Oleynikovaya evlənmək təklifi edib. Onların bu nikahdan bir övladı var.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












