Heç kim bizdən ötrü yeni Orta Dəhliz qurmaq fikrinə düşməməlidir - Hikmət Hacıyev

Azərbaycan özünü Orta Dəhlizin iki mühüm iqtisadi güc mərkəzi - Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəf kimi görür.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Strateji Keçid?” mövzusunda keçirilən paneldə danışıb.
O qeyd edib ki, Avropa İttifaqı və Çin arasında illik ticarət dövriyyəsinin həcmi 700 milyard avrodan çoxdur:
“Onlar rəqabət apara bilərlər, lakin biz rəqabəti deyil, onların əməkdaşlıq perspektivini görürük. Kəmər və Yol Təşəbbüsü, həmçinin Avropa İttifaqının “Global Gateway” təşəbbüsləri ilə bağlı bizim görüşümüzün nədən ibarət olduğuna gəldikdə isə, açığı, bunun bizim regionumuza tətbiq edilə biləcəyini anlamaqda çətinlik çəkirəm. Ancaq biz iki konsepsiya arasında daha çox sinerji görürük, daha çox əməkdaşlıq və birgə fəaliyyət görmək istəyirik. Bununla belə, biz öz planlarımızı icra edirik”.
H.Hacıyev əlavə edib ki, heç kim yeni bir Orta Dəhliz qurmaq fikrinə düşməməlidir:
“Aİ-dəki dostlarımızla müzakirələrdə başqa bir məsələyə toxunmaq istəyirəm ki, kimsə bizdən ötrü yeni Orta Dəhliz qurmağın zəruriliyi təəssüratına qapılmamalıdır. Orta Dəhliz artıq mövcuddur və fəaliyyətdədir. Azərbaycan və tərəfdaşları ona sərmayə qoyur. Başqa tərəfdaşlarımız da gəlib ona qoşula və faydalana bilərlər”.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












