Hədə-qorxu yolu ilə qadının pulunu alan şəxslər məhkəmə zalında həbs edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Nəsib Məmmədov, Rəhim Rzayev və Vaqif Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qəra əsasən, R.Rzayev və V.Məmmədovun barələrində seçilmiş polis nəzarəti qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilib. Hər iki şəxs məhkəmə zalından həbs olunub.
Qeyd edək ki, ötən il sentyabrın 8-də Bakı şəhər sakinləri olan 2 qadın polisə müraciət edərək sentyabrın 6-da Nərimanov rayonu ərazisində yerləşən klubların birində olarkən Nəsib adlı şəxsin onları taksi ilə Suraxanı rayonunun Bülbülə qəsəbəsinə aparmasını, hədə-qorxu gələrək 457 manat pullarını almasını bildiriblər.
Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Göyçay rayon sakini N.Məmmədov saxlanılaraq Nərimanov rayon Polis idarəsinin 17-ci Polis Bölməsinə təhvil verilib.
Suraxanı rayon Polis idarəsinin 31-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qrupun digər üzvü - Bakı şəhər sakini R.Rzayev və V.Məmmədov da saxlanılıb, lakin onların barəsində polisin nəzarəti qətimkan tədbiri seçilib.
Sabah bu yollarda monitorinq aparılacaq - Sürücülərin nəzərinə!
Həftəsonu bu yollar bağlı olacaq - XƏBƏRDARLIQ - FOTOLAR
Paytaxtın bu küçələrində sıxlıq müşahidə olunur - SİYAHI
Sürücülərin NƏZƏRİNƏ: Sabahdan İçərişəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Yusufla birgə hamamda zəhərlənən qız sosial şəbəkədə məşhur imiş
Zelenskinin İrəvana rəsmi səfəri Rusiya-Ermənistan münasibətlərinə təsir edəcək? - POLİTOLOQ
Sabah bu yollar bağlı olacaq - SİYAHI
Səbaildəki lyuklardan şikayət olundu; qurum hərəkətə keçdi – FOTO - VİDEO
ABŞ-İran münaqişəsi; hər iki dövləti yoraraq dağıtmaq istəyirlər? - POLİTOLOQ
Cərimə hesabına qəzaları azaltmaq mümkündür? – AÇIQLAMA - VİDEO
Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO










