Həmyerlisini bıçaqlayan şəxsin cəzası azaldılıb

Şirvan Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Mamed Əliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, M.Əliyevin apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, onun 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilib.
Qeyd edək ki, hadisə 2018-ci il martın 21-də - Novruz Bayramı günü Ağcabədi rayon, Taxta körpü qəsəbəsi, H.Əliyev prospektində baş verib. Həmin ərazidə M.Əliyev sərxoş vəziyyətdə öz mobil telefonu ilə yüksək səslə danışarkən həmyerlisi Cahil Əlvəndov ona irad bildirib. Daha sonra hər iki şəxs arasında mübahisə düşüb. Bu zaman C.Əlvəndov M.Əliyevin sifət nahiyyəsinə yumruq zərbəsi vurub. M.Əliyev isə üzərində gəzdirdiyi bıçaqla ona bir zərbə endirib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əliyev 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










