Həmyerlisini bıçaqlayan şəxsin cəzası azaldılıb

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Novruz Orduxanlının barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, N.Orduxanlının apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, onun Cinayət Məcəlləsinin (CM) 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə 130.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib. CM-nin 130.1-ci maddəsi ilə N.Orduxanlının 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası 9 aya endirilib.
İttiham aktına əsasən, hadisə ötən il martın 21-də - Novruz bayramı günü Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş verib. N.Orduxanlı hadisədən 1 gün əvvəl tanışı Kamran İsmayılovla aralarında yaranmış mübahisə zamanı onu nalayiq söyüşlərlə təhqir edib. K.İsmayılov isə bu barədə qardaşı Səbuhi İsmayılova xəbər verib. Daha sonra S.İsmayılov N.Orduxanlını Mehdiabad qəsəbəsində, 28 may küçəsindəki “Praqa” çay evinin arxa tərəfindəki boş əraziyə görüşə dəvət edib. Nəticədə onların arasında mübahisə yaranıb və N.Orduxanlı üstündə gəzdirdiyi bıçaqla S.İsmayılovun qarnının sağ nahiyyəsinə zərbə endirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Orduxanlı 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












