Həmyerlisini güllələyən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Ali Məhkəmədə Sabirabad rayonunda həmyerlisini öldürməyə cəhddə təqsirləndirilən Vüqar Süleymanovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.
Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, V.Süleymanovun apellyasiya şikayəti təmin edilməyib.
İttiham aktına əsasən, hadisə 2017-ci ildə Sabirabad rayonunda baş verib. Rayon sakini V.Süleymanov tanışı Davud Fərəcovu tüfənglə güllələyib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Polis əməkdaşları tərəfindən saxlanılan A.Həsənlinin barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Hadisəyə səbəb isə D.Fərəcov Rusiya Federasiyasının Mahaçqala şəhərində həmyerlilərinin yanında V.Süleymanov barəsində xoşagəlməz ifadələr işlətməsi olub. Bundan xəbər tutan V.Süleymanov D.Fərəcovdan qisas almaq məqsədi ilə onu tüfənglə vurub.
O, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, V.Süleymanovun apellyasiya şikayəti qismən təmin edilib. Belə ki, onun 14 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 11 il 9 aya endirilib. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












