“Hər birimiz belə hadisələrdən dərs çıxarmalıyıq” - Ərşad Hüseynov

2 gün əvvəl Z.Bünyadov prospektində baş vermiş bu ağır hadisənin görüntülərini məyusluqla izlədim. Gənc ata və azyaşlı oğlu dünyasını dəyişib. Yaxınları üçün ağır itkidir. Allah rəhmət eləsin. Avtosfer.az xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov şəxsi “facebook” hesabından paylaşım edib. Hüquqşünas qeyd edib ki, hər birimiz belə hadisələrdən dərs çıxarmalıyıq. Elə etməliyik ki, bunu yaşamayaq.
Videogörüntüyə və fotolara diqqətlə baxdım. Qəza şəraitinin tam olaraq necə yaranması görüntüdən kənarda qalıb. Lakin görünən odur ki, sürətli və sıx axında idarəedilməz vəziyyətdə olan avtomobil çox asanlıqla ayırıcı zolağın əks tərəfinə, qarşıdan hərəkət edənlərin zolağına keçir. Əks hərəkət hissəsində də eyni sıx və sürətli axın var. İdarəedilməz vəziyyətdə olan avtomobil üz-üzə gələn avtomobilin düz qarşısında bəxtsizlikdən qəflətən sağa dönür. Öldürücü zərbə də elə bu səbəbdən baş verir. Məlumdur ki, minik avtomobilinin təhlükəsizlik baxımından ən zəif yeri yanlardır. Təhlükəsizlik sistemləri maksimal dərəcədə qabaqdan, və arxadan zərbədən qorumağa hesablanıb, çünki əksər zərbələr belə olur. Ən pisi də odur ki, zərbə sol yandan, sürücü tərəfdən olub. Çox güman ki, uşaq da elə arxa oturacaqda solda imiş. Ortadan zərbə həm sürücünü, həm də uşağı tutub. Belə halda və bu srətdə onların sağ qalmaq şansı yox dərəcəsindədir. Avtomobillər üz-üzə toqquşsaydılar, çox güman ki, hər ikisi xəsarətlərlə sağ qalacaqdılar. Çox təəssüf…
Sürücü dostlar, məsləhətim budur ki, hərəkət şəraitini həmişə nəzərə alın. Özü də panoramada, daha geniş sahədə nəzarət edin, təkcə getdiyiniz zolağa baxmayın. Görün ümumi hərəkət axını nə vəziyyətdədir, sıxlıq necədir, yol şəraiti, zolaqlar, ayırıcı zolaq, yol çiyni və s. manevr imkanları verə bilirmi. Hərəkət sürətinə ciddi nəzarət edin. Elə edin ki, ümumi nəqliyyat axınında yarana bilən qəza şəraitindən qurtarmaq üçün şansınız olsun. Axı heç kim bilmir ki, onunla yanaşı gedən avtomobilin texniki vəziyyəti necədir, sürücü hansı peşəkarlığa malikdir, nə ilə məşğuldur və s.
Namiq
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI










