Hərbi bazaları üzərində dronların uçuşu qadağan ediləcək

Yaponiya hökuməti ABŞ-ın hərbi bazaları və Yaponiya özünümüdafiə qüvvələrinin yerləşdiyi ərazilərdə pilotsuz uçan aparatların uçuşunu tamamilə qadağan etmək niyyətindədir.
Avtosfer.az ONA-ya istinadən xəbər verir ki, müvafiq qanun layihəsi bu gün hökumət tərəfindən təsdiqlənib.
Bildirilir ki, qanun layihəsi parlamentə göndəriləcək. Qanunun əhatə dairəsinə həmçinin idman obyektləri də düşəcək. Qanun layihəsinin yaxın zamanlarda təsdiqlənməsi və Yaponiyada payızda keçiriləcək Reqbi üzrə Dünya Kubokundan öncə qüvvəyə minməsi gözlənilir. Yaponiya hökuməti pilotsuz uçan aparatların hərbi bazalardan və idman obyektlərindən 300 metr radiusda uçuşunu qadan etməyi zəruri hesab edir.
Qeyd edək ki, baş nazirin ofisi, parlament binası və İmperator sarayı ətrafında dronların uçuşu artıq qadağan edilib. Bu qaydanı pozanları 500 min yuan (4,5 min dollar) məbləğində cərimə və ya 1 il həbs cəzası gözləyir.
Yaponiya Nəşriyyatçılar və Baş Redaktorlar Assosiasiyası artıq bu yeni dəyişikliklərə qarşı çıxış edib. Onlar hesab edir ki, bu əlavə tədbirlər jurnalistlərin fəaliyyətində ciddi məhdudiyyətlər yaradacaq.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












