Hikmət Hacıyev TDT ölkələri rəhbərlərinin köməkçilərinin görüşündə iştirak edib - FOTO

Macarıstanın dəvəti ilə Türk Dövlətləri Təşkilatı çərçivəsində dövlət və hökumət başçılarının köməkçiləri səviyyəsində Budapeştdə uğurlu görüş keçirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"dəki hesabına yazıb.
H.Hacıyev qeyd edib ki, görüş zamanı TDT-nin Qəbələ Sammitinin nəticələri nəzərdən keçirilib və Azərbaycanın sədrlik prioritetlərinə istinad edilərək, mövcud qlobal çağırışlar kontekstində təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
"Prezident İlham Əliyevin TDT-nin əvvəlki sammitlərində vurğuladığı kimi, Türk dünyası – gənc demoqrafiyası, zəngin təbii sərvətləri, enerji potensialı və əsas nəqliyyat marşrutları da daxil olmaqla strateji geosiyasi mövqeyi sayəsində – Avrasiya qitəsində mühüm yer tutur və TDT mühüm geosiyasi mərkəzə çevrilmişdir", - H.Hacıyev qeyd edib.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












