Hindistan "Boeing 737"nin istismarına tələbləri sərtləşdirdi - Efiopiyadakı qəzadan sonra

Hindistan Mülki Aviasiya İdarəsi "Boeing 737 Max" təyyarələrinin istismarına tələbləri sərtləşdirib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, qərar Efiopiyada bu tip təyyarənin qəzaya uğramasından sonra qəbul edilib. Aviasiya tənzimləyicisinin qərarına əsasən, "Boeing 737 Max" təyyarələrini yalnız bu avialaynerlərdə ən azı min saat uçuş həyata keçirən pilotlar idarə edə bilərlər. İkinci pilot isə ən azı 500 saat uçuş icra etməlidir. Bundan başqa, təyyarənin istismarından əvvəl müəyyən sistemlərin əlavə yoxlanışı aparılacaq.
Hazırda Hindistanın "SpiceJet" və "Jet Airways" şirkətləri "Boeing 737 Max" təyyarələrindən istifadə edir.
Xatırladaq ki, martın 10-da "Ethiopian Airlines" şirkətinə məxsus "Boeing 737" hava gəmisi qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 157 nəfər, o cümlədən 8 ekipaj üzvü həlak olub. Bu faciədən sonra Efiopiya "Boeing 737" təyyarələrinin istismarını dayandırıb.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












