Hörmüz Boğazını açılması İranın taktiki addımıdır – SİYASİ ŞƏRHÇİ

Gündəm 8 Aprel 2026 15:48
Hörmüz Boğazını açılması İranın taktiki addımıdır – SİYASİ ŞƏRHÇİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yaxın Şərqdə baş verən proseslər hər zaman qlobal siyasətin və iqtisadiyyatın diqqət mərkəzində olub. Xüsusilə Hörmüz boğazı kimi strateji əhəmiyyətə malik bölgələrdə baş verən dəyişikliklər beynəlxalq münasibətlərə birbaşa təsir göstərir. Bu baxımdan İranla bağlı yayılan məlumatlar və rəsmi açıqlamalar geniş müzakirələrə səbəb olur.

Son günlər Donald Trampın sosial şəbəkədə etdiyi paylaşımda İranın Hörmüz boğazının açılmasına razılıq verdiyini bildirməsi mövzunu yenidən gündəmə gətirib. Bu kimi açıqlamalar həm regional təhlükəsizlik, həm də qlobal enerji daşımaları baxımından mühüm əhəmiyyət kəsb edir.
Hörmüz boğazı dünya üzrə neft daşımalarının əsas marşrutlarından biri hesab olunur və burada baş verən istənilən dəyişiklik beynəlxalq bazarlarda və siyasi münasibətlərdə ciddi təsirlər yarada bilər. Bu səbəbdən bölgədəki qərarlar və bəyanatlar yalnız yerli deyil, qlobal səviyyədə diqqətlə izlənilir.

Məsələ ilə bağlı siyasi şərhçi Aydın Tağıyev Avtosfer.az-a açıqlamasında bildirib ki, İranın Hörmüz boğazını açmağa razı olması ABŞ–İran münasibətlərində müvəqqəti gərginliyin azaldılması üçün taktiki bir addımdır, lakin bu, uzunmüddətli yumşalma demək deyil:

“Bu qərar daha çox hərbi eskalasiyanın qarşısını almaq və enerji bazarlarını sabitləşdirmək məqsədi daşıyır. Hələ Hörmüz boğazının gələcəkdə yenidən bağlanması riski isə tamamilə aradan qalxmayıb. İranın boğazı açmağa razı olması Vaşinqtona qarşı bir güzəşt kimi görünür. Bu, ABŞ-nin təzyiq və hərbi hədələrinin təsiri ola bilər. Müvəqqəti yumşalma halə ABŞ-nin planlaşdırdığı hücumların dayandırılması ilə bağlıdır və iki həftəlik atəşkəs çərçivəsində baş verir. Diplomatik kanalların açıq olduğunu göstərir, amma uzunmüddətli barışıq demək deyil. Hesab edirəm ki, İranın qərarı daha çox taktiki xarakter daşıyır, yəni dərhal təhlükəni aradan qaldırmaq üçün verilmişdir. ABŞ–İran münasibətlərində köklü dəyişiklikdən danışmaq hələ tezdir. Artıq Hörmüz boğazı İran üçün strateji təzyiq alətidir. ABŞ və müttəfiqlərilə gərginlik yenidən artarsa, İran boğazı bağlamaq hədəsini təkrar gündəmə gətirə bilər. İranın Hörmüz boğazını açmağa razı olması qısamüddətli diplomatik uğur kimi görünür, lakin uzunmüddətli sabitlik zəmanəti vermir. Bu qərar daha çox böhranı müvəqqəti dayandırmaq məqsədi daşıyır. Gələcəkdə boğazın yenidən bağlanması riski qalır və bu, ABŞ–İran münasibətlərinin gedişatından, regional siyasətdən və enerji bazarlarının vəziyyətindən asılı olacaq”.
Nurcan Babək

Oxunub : 102
ŞƏRH YAZ
Ad

E-mail

Şərh