"Hundai"dan mobil telefonlar və aksesuarları aşkarlanıb - FOTO

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "Hundai Sonata" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib. Bu barədə Avtosfer.az-a DGK-dan məlumat verilib. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəticədə avtomobilin salonunda sürət ölçən cihazın arxa hissəsindən sellofana bükülü şəkildə 5 ədəd "Samsung Galaxy A50", 4 ədəd "Samsung Galaxy A30", 2 ədəd, "Samsung Galaxy A20", 6 ədəd "Samsung Galaxy A10" mobil telefonlar və yük yerinin altında xüsusi düzəldilmiş gizlin saxlanc yerindən isə mobil telefon üçün 21 ədəd qutu, 17 ədəd "qulaqlıq", 21 ədəd USB kabel və qidalandırıcı başlığı aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Namiq
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?












