“İçməyin, özünüz cəhənnəmə, gələcək nəsillərə yazığınız gəlsin”

"Azərbaycanlıların ən böyük düşmənlərindən biri HELL içkisi və onun reklamını edənlərdir. İçməyin, özünüz cəhənnəm, gələcək nəsillərə yazığınız gəlsin". Avtosfer.az medicina.az-a istinadən bildirir ki, bu sözləri hazırda Almaniyada çalışan gənc azərbaycanlı həkim Rəşad Müseyibzadə bildirib. O, Azərbaycanda uşaqdan böyüyə çoxluğun energetik içkilərə aludəçiliyi probleminə toxunaraq bu içkilərin sağlamlığa zərəri barədə bir daha məlumat paylaşıb. "Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein var, bu isə insanı bir müddət gümrah və diqqətini daha yaxşı toplamasına kömək edir. Bu, sadəcə müsbət tərəfidir. Mənfi tərəfləri isə həddən artıqdır. İlk öncə, enerji içkiləri hamilə qadınlara, uşaqlara və yetkinlik yaşına çatmayan (16-18 yaş) gənclərə məsləhət görülmür. Hətta bir neçə ölkədə uşaqlara və yetkinlik yaşına çatmayan gənclərə enerji içkilərinin satışı qadağandır. Almaniyada da müxalif partiyalardan biri bu qanunu təklif edib.
Enerji içkilərinin zərərli tərəfləri: yuxu pozğunluğu, əsəb sistemi pozğunluğu, baş ağrısı, mədə-bağırsaq sisteminin xəstəlikləri, xoralar. Bu içkilərin asılılıq yaratması da mənfi tərəflərindən biridir. Əvvəlcə bunu hiss etmək olmur, amma bir müddət sonra fərqində olmadan gün ərzində 3-4 enerjisi içkisi içdiyinizi görəcəksiz. Enerji içkilərinin bir zərərli tərəfi də orqanizmdə suyun normadan artıq itirilməsinə səbəb olmasıdır. Susuzluq zamanı istifadə olunan enerji içkisi həm orqanizmə su tələbini azaldır, həm də əlavə suyun itirilməsinə səbəb olur. İnsan isə gün ərzində 2-3 litr su qəbul etməlidir.
Enerji içkilərinin spirtlə birlikdə istifadəsi də məsləhət görülmür. Xüsusilə idmanla məşğul olan şəxslər, idmandan sonra enerji içkilərindən uzaq dursalar, yaxşı olar. Çünki bu içkilərin istifadəsi ürəyin ritm pozğunluğuna, böyrək çatışmazlığına, infarkta səbəb olur. Sözsüz ki, heç kimin içdiyinə və yediyinə qarışmaq niyətimiz yoxdur. Amma gələcək nəsilləri qorumaq lazımdır. Xüsusilə Bakıda onsuz da yaşıllıq yoxdur, ürək xəstəliklərinin sayı artıb, bir də özünüzə bu içkilərlə ziyan vurmayın".
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO








