İcra başçısı: “Diqlas”da malları yanan sahibkarların hüquqları dövlət səviyyəsində qorunacaq”

“Yanan “Diqlas” Ticarət Mərkəzi ilə bağlı araşdırma aparılır. Tam səmimiyyətimlə deyirəm ki, sizin hüquqlarınız dövlət səviyyəsində qorunacaq”. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov yanan “Diqlas” Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkarlarla görüşündə deyib. “Ortada ticarət mərkəzinin rəhbərliyi ilə müqavilələriniz olub. İndi həmin şəxslərə deyə bilmərəm ki, bunlara filan qədər pul verin. Xahiş edirəm, gözləyin. Hər kəs nə qədər ziyana düşdüyünü yazsın. Əgər biz nəsə etməsək, onda deyərsiniz ki, dövlət etmədi” - icra başçısı qeyd edib.
Xatırladaq ki, martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yanğın olub. Ticarət Mərkəzi tamamilə yararsız hala düşüb. Qeyri-rəsmi məlumatlara görə, sahibkarlara milyonlarla manat ziyan dəyib.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












